Masallı rayon sakinini bıçaqlayaraq qətlə yetirən şəxs saxlanılıb.

Unikal.org apa-ya istinadən verdiyi məlumata görə, ötən gün rayonun Şatroba kənd sakini, 1984-cü il təvəllüdlü Təyyar Cabir oğlu Quliyevi bıçaqlayaraq qətlə yetirən şəxsin həmkəndlisi, 1999-cu il təvəllüdlü Qorxmaz Əmir oğlu Hüseynzadə olduğu müəyyən edilib. Q.Hüseynzadə şübhəli şəxs qismində saxlanılıb. Hadisəyə səbəb kimi T.Quliyevin ona söyüş söyməsi göstərilir.

Qeyd edək ki, kənd sakini, 1984-cü il təvəllüdlü Təyyar Cabir oğlu Quliyev dünən bıçaq xəsarətləri ilə ağır vəziyyətdə kənd stadionunun yaxınlığında tapılıb. Xəstəxanaya aparılsa da, onu xilas etmək olmayıb.
Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.