"Son dövrlər ölkəmizdə aparılan uğurlu siyasətin nəticəsidir ki, dünya dövlətlərindən Azərbaycana dəstək gəlir".
Unikal.org-un xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında deyib.
O bildirib ki, bəzi mətbuat orqanları ölkənin nüfuzuna kölgə salmağa çalışırlar: "Təəssüflər olsun ki, bəzi mətbuat orqanlarında dövlət, ordu, Milli Məclislə bağlı mənfi rəy yaradılır. Həmin mətbuat orqanlarında ayrı-ayrı şəxslərin açıqlamaları təmsil etdikləri ölkələrin mövqeyi kimi qələmə verilir. Bu da qərəzdir, düşmən dəyirmanına su tökməkdir. Həmin mətbuat orqanları çalışırlar ki, ölkənin dünyadakı nüfuzuna kölgə salsınlar. Hesab edirəm ki, bu, düzgün mövqe deyil".