Müxalifətin ana hədəfi: ayrılmaq-birləşmək-ayrılmaq...
Sülhəddin Əkbər: "Yaxın perspektivdə hər hansı bir siyasi ittifaqa qoşulmaq planımız yoxdur"
Bir vaxtlar yazdığmız kimi, 2003-cü ildən başlayaraq Azərbaycanda siyasi mübarizənin müstəvisi və istiqaməti kəsdkin şəkildə dəyişilib. Siyasi tarixdən məlum olduğu kimi, istənilən ölkədə yaranmış müxalifət qurumunun əsas və başlıca hədəfi hakimiyyət uğrunda mübarizə aparmaqdır.

Bir vaxtlar yazdığmız kimi, 2003-cü ildən başlayaraq Azərbaycanda siyasi mübarizənin müstəvisi və istiqaməti kəsdkin şəkildə dəyişilib. Siyasi tarixdən məlum olduğu kimi, istənilən ölkədə yaranmış müxalifət qurumunun əsas və başlıca hədəfi hakimiyyət uğrunda mübarizə aparmaqdır.

Amma ölkəmizdə müxalifətin bu konstitusionallığı itirilib. Yəni Azərbaycan müxalifəti Azərbaycan iqtidarı ilə deyilı, eləm müxalifətin özü ilə mübarizə aparır və enerjisinin böyük hissəsini buna sərf edir. Müxalifətə qarşı vuruşan Azərbaycan müxalifəti hər bir ciddi seçki kampaniyasından əvvəl dürlü-dürlü oyunlar nümayiş etdirir. Belə oyunlardan biri də indi başlayıb. Axı 2013-cü ilin prezident seçkilərinə çox vaxt qalmayıb.
Mətbuatdan da bilindiyi kimi, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin birbaşa təşəbbüsü ilə bir neçə ay əvvəl yaradılmış Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatında parçalanmalar başlanıb. Və elə yenə də Rəsul Quliyevin təşəbbüsü ilə... ACP və Azərbaycan Liberal-Demokrat Partiyası iki gün öncə sözügedən hərəkatdan çıxmaq barədə qərar qəbul edib.
Müşahidəçilər bu addımı müxtəlif rakurslarda təhlil etsələr də, hərəkatın fəal üzvlərindən olan Klassik Xalq Cəbhəsi partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib ki, "ACP-nin hərəkatından çıxmasına dair açıqladığı səbəblər və arqumentlər doğrudur. Amma onların sadaladığı səbəblərin hamısı birbaşa Açıq Cəmiyyət Partiyasına da aiddir. Artıq bu məsələni müzakirə etmişik".
2013-cü ilin prezident seçkiləri ərəfəsində ACP-ni bundan sonra hansı siyasi ittifaqa üz tutacağı da diqqət mərkəzindədir və fərziyyələrə əsas verrib. ACP-nin İctimai Palataya daxil olma ehtimalı barədə sualı cavablandıran Mirmahmud Mirəlioğlu bu gümanla bağlı deyib: "Birgə fəaliyyət göstərdiyim şəxslər haqqında bu gün haqsız danışmaq mənə yaraşmaz və doğru olmaz. Bu məsələ partiyanın daxili işidir. Digər tərəfdən burada ACP lideri Rəsul Quliyevin bir məsələyə bir saat əvvəl bir cür, bir saat sonra isə başqa şəkildə münasibət sərgiləməsi, informasiya blokadasında olması, o cümlədən onu bu informasiya blokadasında saxlayanların bu məsələni çox peşəkarcasına yerinə yetirməsi xüsusi rol oynayır. İşləri avand olsun, özləri bilərlər. Onların fəaliyyəti ilə bağlı heç nə danışmaq istəmirəm. Onların bundan sonra hara yaxınlaşacağı, nə edəcəyi gün kimi aydındır".
Onun fikrincə, ümumiyyətlə müxalifət düşərgəsində hərəkatların, birlik və ittifaqların qısa zamanda dağılmasının səbəblərini araşdırıblar: "Hətta bu məsələni ayrı-ayrı qurumlarla birgə olduğumuz zaman, ayrıldığımız vaxtlarda belə müzakirə etmişik. Bir halda ki, danışırıq, bir məsələni diqqətinizə çatdırmaq istərdim. Rəsul Quliyevin Əbülfəz Elçibəy hakimiyyətinə münasibəti, bu günlərdə onun verdiyi müsahibələr, baş verənlərə münasibəti əslində ACP-nin hərəkatdan uzaqlaşması qərarının meydana çıxmasında böyük rol oynayıb. Amma istənilən adamın seçiminə hörmətlə yanaşmaq lazımdır. Çox qısa zamanda bütün məsələlər də özünün həqiqi və reallığa uyğun qiymətini alacaq. Təmsil olunduğum Hərəkata edilən və bizim etdiyimiz müraciətlər var. Əvvəlcədən də bu hərəkatda təmsil olunmaq niyyətində olan partiyalar mövcud olub. Azərbaycanda demokratiyanın inkişafı naminə fəaliyyətimizi davam etdirəcəyik. Təəssüf ki, Azərbaycan siyasətində birgə fəaliyyət imkanları mövsümü xarakter daşıyır. Ya daimi olmur, ya seçkiyə hesablanır, yaxud da başqa layihələrə. Azərbaycanda siyasətçilər də, insanlar da bu cəmiyyətin, bu torpağın yetirmələridir. Əbülfəz Elçibəy demişkən, Azərbaycana Avropadan, ayrı-ayrı ölkələrdən insanlar gətirib, onlarla işləmək mümkün deyil. Ona görə nəyimiz var, onunla işləməliyik. Olanımız da hələlik budur".
Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər bizimlə söhbətində bildirdi ki, "Yaxın perspektivdə başçılıq etdiyim partiyanın hər hansı bir siyasi bloka və ya siyasi ittifaqa daxil olmaq planı yoxdur. Bunuin başlıca səbəbi də bundan ibarətdir ki, fikrimcə, Azərbaycan müxalifətinin hazırda ən ciddi problemi təşkilatlanma sahəsindədir. Yeni yaranmış bir partiya olaraq hazırda daha çox təşkilatlanma işləri ilə məşğul olacağıq və bütün gücümüz buna yönəldiləcək".
Sülhəddinn Əkbərin sözlərinə görə, başçılıq etdiyi partiyanın "DCUMH-dən çıxmasının əsas səbəbləri Hərəkat daxilində tənqidə və özünütənqidə dözümsüzlük nümayişi, tərəfdaşlığa uyğun olmayan siyasi-mənəvi mühitin yaranması, ən başlıcası isə, bu şəraitdə birgə effektiv fəaliyyətin mümkün olmaması və qarşıya qoyulan məqsədə nail olmaq baxımından perspektivin görünməməsidir".
Natiq