QHT Əməkdaşlıq Alyansının sıraları genişlənir
QHT Əməkdaşlıq Alyansının sıraları genişlənir

Üç tanınmış QHT də quruma üzv oldu

QHT Əməkdaşlıq Alyansının növbəti Şura iclasında Alyansa üzvlük məsələsi müzakirə edilib. Bu barədə QHT Əməkdaşlıq Alyansı İcra Katibliyi tərəfindən məlumat yayılıb. Məlumatda deyilir ki, iclası Alyansın koordinatoru Xanoğlan Əhmədov açaraq bildirib ki, İcra Katibliyi yeni üzvlərin qəbulu ilə bağlı Şuraya üç QHT-nin müraciətini təqdim edib.

"Ona görə də hesab edirəm ki, İcra Katibliyinin məlumatını dinləyək və bu təşkilatların Alyansa üzvülyü ilə bağlı məsələni müzakirə edək", - deyə X.Əhmədov qeyd edib.
Alyansın İcra Katibliyinin rəhbəri Rəfail Becanov Şuraya təqdim etdiyi məlumatda bildirib ki, Alyansa üzvlüklə bağlı müraciət edən təşkilatların sənədləri öyrənilir, onların həyata keçirdiyi layihələrlə tanış olunur və hər birinin vətəndaş cəmiyyətinin inkişafındakı xidmətləri nəzərə alınır. Bu iclasa da 3 təşkilatın sənədlərini təqdim edirik. Bu dəfə "Gənc Mühasiblər" İctimai Birliyi (sədr Solmaz Əliyeva), "Quşçu" Heyvandarlıq İctimai Birliyi (sədr Zahir Məmmədov), Demokratik Seçkilərə Dəstək Mərkəzinin (sədr Çingiz Dadaşov) sənədləri hazırlanıb. Hər 3 təşkilatın nümayəndəsi Şura iclasına dəvət olunub. Ona görə də xahiş edirik ki, bu təşkilatların Alyans üzvülüyünə qəbul olunmasına münasibət bildirəsiniz.
Alyansın Şura üzvü Rufiz Qonaqov çıxış edərək, bu təşklatları tanıdığını, onların hər birinin ölkənin aparıcı QHT-lərindən biri olduğunu bildirdi və qəbul edilmələrini vacib sayıb. Şura üzvləri Nailə İsmayılova, Nərgiz Günəş, Yadigar Məmmədli, Razi Nurullayev, Gülsel Səfərova də çıxış edərək, bu təşkilatlar haqqında öz fikirlərini bildiriblər. Şuar üzvləri qeyd ediblər ki, bu təşkilatlar vətəndaş cəmiyyəti sektorunda öz yeri olan təşkilatlardır və bunların Alyansda olması fəaliyytimizdə özünü göstərəcəkdir. Hər üç təşkilatın Alyansa üzvlüyü yekdilliklə qəbul olunub.