Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Mərkəzi Bankından (AMB) kommersiya banklarına məktub daxil olub. AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyevin imzası ilə daxil olan məktubda deyili ki, 30.09.2017-ci il tarixi bank sistemi üçün rəsmi iş günü elan edilir. Bu xəbər əhali arasında müəyyən təşvişə səbəb olub. Sosial şəbəkələrdə qeyd olunur ki, bu, növbəti devalvasiya ilə bağlıdır.

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov Unikal.org-a deyib ki, yayılan xəbərlə bağlı Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyevlə əlaqə saxlayıb: 

"Hər hansı bir təşvişə ehtiyac yoxdur. Mən Alim Quliyevlə danışdım. Bildirdilər ki, 9 ayın yekunları ilə bağlı banklardan bəzi gözləntilərin həyata keçirilməsi üçün 30.09.2017-ci il tarixi bank sistemi üçün rəsmi iş günü elan edilib. Mən bilirdim ki, problem yoxdur. Heç bir devalvasiya da gözlənilmir. Çünki, manatın möhkəmlənməsi prossesi çox sürətlə aparılır və bu hər hansı bir narahatçılıq görmürəm.

Amid Əyyuboğlu