Uşaq bağçası hərraca çıxarıldı
Uşaq bağçası hərraca çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsi avqustun 14-də respublikanın şəhər və rayonlarında hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısını açıqlayıb.
Məlumata görə, hərraca çıxarılan obyektlər arasında Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi 149. ünvanında yerləşən, Göyçay Rayon İcra Hakimiyyəti Başçısının Göyçay şəhəri üzrə Nümayəndəliyinin tabeliyində olan 6 saylı uşaq bağçası da var.
Sahəsi 197,3 kv.m olan uşaq bağçasının start satış qiyməti 11 min 32 manat, ilkin satış qiyməti 9 min 377 manatdır.