Bakıda yeniyetmələr yolda təhlükəli hərəkətlər edib.
Unikal.org xəbər verir ki, bu barədə Avtosfer.az-a oxuculardan biri məlumat verib. Məlumata görə, Təbriz küçəsində yeniyetmənin idare etdiyi mopeddə 3 nəfər olub. Onlar küçəboyu təhlükəli hərəkətlər edib, svetoforun qırmızı işığından keçib və bir neçə dəfə qəza şəraiti yaradıblar.
Ümid edirik ki, bu yeniyetmələrin valideynləri videonu izlədikdən sonra onları nəzarətsiz buraxmayacaq. Çünki yolun hərəkət hissəsində bu cür hərəkətlər olduqca təhlükəlidir.