Azərbaycanın tanınmış idmançısı, bir çox beynəlxalq yarışların qalibi və mükafatçısı Zülfüqar Süleymanov bu yaxınlarda Türkiyə mətbuatının da gündəminə düşməyi bacarmışdı.

Dopinqdə günahlandırılaraq, ağır atletikadan uzaq düşən Z.Süleymanov haqqında qardaş ölkə mətbuatında "Azerbaycanlı ünlü halterci: Doğruları söylediğimiz için iş bulamıyoruz başlıqlı yazı dərc olunub. Bundan sonra onun işində problemlər yaranıb. Bu barədə Zülfüqar Süleymanov Unikal.org-a müsahibəsi zamanı deyib:

- Türkiyə mətbuatına verdiyiniz açıqlamadan sonra AAAF-dan sizə nəsə deyildi, işinizə mane olmağa çalışıldı?

- Federasiyanın edə biləcəyi o oldu ki, prezidentə ünvanladığım məktuba kəskin cavab yazdılar. Dopinqə düşməyimi gözə soxmağa çalışıblar. Cavab federasiyanın baş katibi Rizvan Rəsulovdan gəlib. Amma mən dayanmaq fikrində deyiləm. Administrasiya məktubumu nazirliyə araşdırılmaq üçün ünvanlayıb. Onlar da federasiyaya göndərib. Sonda şikayət baxılıb. Nə cavab yazmalıdır ki?! Təbii ki, özünə haqq qazandırılmalıdır.

Mən də orada nə qədər çirkinliklər var, hamısını gün işığına çıxardacam.

- Bundan sonra nə etməyi düşünürsünüz?

- Çalışıram xarici mətbuata yol tapım.

- Hələ də federasiyaya yaxın dura bilmirsiniz?

- Qanunla danışlarsa, orada çalışanların heç birinin işləmək hüququ yoxdur. Məşqçilərin çoxunun dopinqə düşmüş tələbəsi var. Hətta dəfələrlə-¦ Baş məşqçi Maksumun tələbəsi İntiqam Zairov təkcə 4-5 dəfə dopinq cəzası alıb.Həm də nazir özü açıqladı ki, idmaçılarımızın dopinqə düşməsində 5 nəfər günahkardır, biri Maksumdur. Köməkçi məşqçilərdə onun qədər günahkardır.

Rizvan Rəsulov da Sumqayıt stadionunun direktoru idi. O, biz dopinqə düşdüyümüz zaman çox yaxşı bilirdi ki, bizim bu məsələmiz qurma, planlı oyun idi. Prezidentə məktub ünvanladığı üçün rəsmən işdən atılmışdı. Sonra onun "Zirvə klubuna gətirən elə Hafiz Süleymanov oldu. Söhbət 2014-cü ildən gedir. Bununla da Tofiq Heydərov sayəsində onun yolu yenidən federasiya ilə kəsişdi.

İndi də özünün ətrafına insandan "beton divar çəkib. İnsanları çəkir ki, dar məqamda köməkləri olsun. Yəni, etibar edə biləcəyi adamlarla - hansı ki, əməlləri örtməkdə ona kömək edənlərlə işləməyi üstün tutur. Söz də düşən kimi deyir "Əli Rəhimovu tutduracağıq. (red: olimpiya çempionu Nicat Rəhimovun atası) 7-8 nəfəri tutduracağıq, bizə işləməyə imkam vermir.

Hər nə qədər Vahid Nəzərovla münasibətlərimiz vaxtında çox yaxşı olmasa da,onun işlədiyi dövürdə ağır atletika pis vəziyyətdə deyildi, gündəmdə adı pis hallanmırdı. İndi Azərbaycanda bizim adımızı pis etmək üçün əllərindən gələni edirlər. Düzdür, qismən bacarırlar, çünki pulları var, bəzilərini satın alırlar. Onların fikirincə, 3 dünya çempionumuzun hər biri satqındır- Hafiz Süleymanov, Nizami Paşayev, Nicat Rəhimov-¦

- Bəs "təmiz olanlar kimdir?

-Ümumiyyətlə, bu gün bütün medal verənlərin heç biri məşqçi kimi fəaliyyət göstərmir. Niyə? Çünki bunlar ən yaxşısını bilənin baş bilənləridir. Fikirlərincə-¦

İndi kim bir kəlmə danışarsa, bunların verdiyi maaşa bağlı olanlar o saat əllərinə "saz alıb, "avazlarına güc gəlirlər. Yəni, əksini deyib, yalan çıxarmağa çalışırlar. Məcburdurlar. Çünki belə tərbiyə görürlər. Mənə lazım deyil minnətli maaş. Kiməsə yaltaqlıq etməliyəm ki, maaş alım? Gözə girmək üçün şərəfi 5 manatlıq etmək olmaz.

- Bəs federasiyanın əsas rəhbəri haradadır?

- Əsas rəhbərin işləri o qədər çoxdur ki, vaxt ayıra bilmir. Bu, bugünün işi deyil, elə əvvəldən vaxtı olmurdu. Ona görə federasiyaya gələn hər kəs istədiyi havanı çalır.

- Sizin durumunuzdan Federasiyanın prezidenti Cahanir Əsgərovun xəbəri yoxdur?

- O barədə dəqiq nə isə deyə bilmərəm. Yəqin, tədbir hazırlığında olar, baş bilənlər boş durmazlar.

Aygün İlqarqızı