Bakının Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Unikal.org-a verilən məlumata görə, noyabrın 25-də saat 4 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Dinar Fardilon idarə etdiyi "Range Rover markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

***

Report.az-ın xəbərinə görə, hadisə 40-45 yaşlı kişinin Heydər Əliyev prospektində yeraltı piyada keçidinə məhəl qoymayaraq avtomobillərin yüksək sürətlə hərəkət etdiyi yoldan keçmək istədiyi zaman baş verib.
Onu əvvəlcə "10-NZ-777" dövlət qeydiyyat nişanlı avtomobil sağ hissəsi ilə vurub. Markası məlum olmayan digər maşın isə yerə yıxılan piyadanı vuraraq öldürüb. Hadisəni törədən ikinci avtomobil qəza yerindən uzaqlaşıb. Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hadisə yerində ekspertiza işləri aparılıb.
Meyit ölənin şəxsiyyətini müəyyənləşdirmək üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.