Müğənni Təranə Qumralla Nazənin qalmaqalı səngimək bilmir.

Unikal.org-un məlumatına görə, bu dəfə qalmaqala aparıcı-aktyor Sərxan Kərəmoğlu münasibət bildirib. "Günə son verilişinə zəng edən S.Kərəmoğlu qalmaqal barədə bu sözləri deyib: "Nazənin xanımı çox gözəl tanıyıram. Qarşı tərəfi kaş tanımaz olardım. Hər ikisinə bildirmək istəyirəm ki, bu düz deyil. Davanız varsa da özünüz etməlisiniz və sənətlə etməlisiniz. Nazənin xanımla 20 ildir ki, dostluq edirəm. Özü də onu mənə təqdim edən Niyaməddin Musayev olub. İnsan mahnısı bitəndə yarım saat neynim-neynim deyir və ya gündəmdə belə şeylər edirlər. Mən də zamanında əjdahalarla qarşı-qarşıya gəlmişəm. Üzr istəməlisənsə, üzr istəmək lazımdır. Demək ki, qarşı tərəfə gündəm lazımdır. Türkiyədən gəlib bu məsələni eşitdim. İllərdir ki, bu dava gedir. Yarışmaya qatılana qədər Nazənin xanımı təqsirli bilmişəm. Çünki demişəm ki, sən çox savadlı bir adamsan, niyə belə söhbətlərin içindəsən. Ağlaya-ağlaya mənə, yoldaşıma dəfələrlə zəng edib ki, bax, mən susub oturmuşam yerimdə. Hər zaman ona söz atılır. Bundan sonraya dur demək lazımdır. Bu günə qədər Nazənin qarşı tərəfin övladının adını ağzına almayıb. Qarşı tərəf bir az burnu dik, özündən razı bir xanımdır. Hər zaman elə olsun, toyları çox olsun ki, Nazənin də onu yadından çıxartsın".

Qeyd edək ki, T.Qurmralla S.Kərəmoğlu uzun müddətdir ki, küsülüdür.