Hər kəsin "Fəlakət kimi tanıdığı aktyor Elşən Orucov illər əvvəl müğənni İradə İbrahimovanın klipində çəkilibmiş.
 
Unikal.org xəbər verir ki, bu barədə İradənin "Yaşananlar mahnısını ekranlaşdıran rejissor Kənan M.M. sosial şəbəkədə deyib:
 
"Siz "selfi sözünü bilməyəndə biz İradə İbrahimova ilə 2005-ci ilin yay aylarında selfini kəşf elədik. Yeri gəlmişkən, klipdəki gitara ifaçısı hamının Fəlakət kimi tanıdığı Elşəndir. Gözəl və səmimi illər idi. Uzun illər keçməsinə baxmayaraq, nə bu səs, nə mahnı, nə də klip unudulur. Axı əfsanələr unudulmur.