Bu il keçirilən "Altın Kelebekdə ilin mahnısı seçilən Tarkanın "Beni Çok Sevinin oğurluq olduğu iddia edilir.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, mahnı çıxar-çıxmaz ondan bir ay sonra müğənni Cem Özkan 2013-cü ildə oxuduğu "Olmayacak Bir Hayaldan götürüldüyünü söyləmiş və bununla bağlı məhkəməyə müraciət etmişdi.

Məhkəmə musiqilərin girişinin həqiqətən də eyni ölçülü olduğunu təsdiq etmiş, lakin həmin notların bir sıra mahnılarda yer aldığını bildirmişdi.

Bu gün isə sosial şəbəkə istifadəçiləri "Beni Çok Sevin 30 il əvvəl Ayşe Minenin "Ellerim Uğurlar-™ adlı mahnı ilə eyni olduğunu qeyd ediblər.

İzləyicilər mahnının bəstəkarı Serkan İzzet Özdoğanı oğurluqda günahlandıraraq Tarkanın bundan xəbəri olmadığını bildiriblər.