"Hər gün anamla, atamın ruhuna salavat göndərirəm.

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, bu sözləri "Səhər-səhər" verilişində xalq artisti Məleykə Əsədova deyib. O, valideynlərindən danışaraq göz yaşlarını saxlaya bilməyib: ""Anam qocalır" mahnısını anama ad günündə hədiyyə etmişdim. Atam haqqında şeirim var. İnsan ailəsinə, özünə hörmət etməlidir ki, başqasına hörmət edə bilsin. Mənim anama, atama, indi də qızıma, bacılarıma böyük hörmətim var.

Ruhun varlığına inanıram. Dekabrın 29-u anamın ad günüdür. Ad günlərində qəbri üstünə yollanıram. Ailə tərbiyəsi görmüşəm. Danışanda fikirləşirəm ki, bu sözü mənə desələr, necə olardım? Son günlər daha çox deyirəm ki, Allah, bizi mərdiməzardan qoru. Allah məni sevənləri qorusun.