Əməkdar artist Röya Ayxan həmkarı Aygün Bəyləri məhkəməyə verib. 

Unikal.org xəbər verir ki, bu barədə sənətçinin vəkili Namiq Şükürov primetime.az saytına açıqlamasında bildirib:

"Röya xanımın adından onun şərəf və ləyaqəti müdafiə olunması ilə əlaqədar olaraq məhkəməyə müraciət edilib.

Qeyd edək ki, əməkdar artist Aygün Bəylər "Səhər-səhər verilişində Röyanın sənətinin olmadığını bildirmişdi.