Türkiyənin məşhur müğənnisi Ebru Gündeş evindəki interneti kəsdirib.  

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənnininbelə bir addım atmasına səbəb qızı Alalradır. 

Belə ki, o  qızı Alarının atası Rza Zərrabla bağlı məlumatları öyrənməməsi üçün evdəki bütün elektronik avadanlıqların internet bağlantısını kəsdirib. Müğənni qızının atası haqda yazılanları oxumasını istəmir.

Qeyd edək ki, İranla qanunsuz ticarət əlaqələri və korrupsiya səbəbindən ABŞ-da həbs olunan Rza Zərrab Ebrunu aldatdığını etiraf etdikdən sonra qalmaqallar yaşanmağa başlayıb. Gündeşin iş adamından boşanacağı deyilsə də, sənətçi hələlik bu barədə açıqlama vermək istımir və bununla bağlı heç bir addım atmayıb.