Müğənni Natavan Həbibi ilə reper əri Səid Əliyev (Dado) bir araya gəlib.

Unikal.org-un məlumatına görə, boşanma ərəfəsində olan cütlük "Xəzər" telekanalında "5/5" verilişinin çəkilişi ərəfəsində bir araya gəlib.

Cütlüyün efirdən kənarda səmimi görüntüləri diqqət çəkib. Aparıcı Zaur Kamal Natavan və Dadonun qucaqlaşan videosunu lentə alıb. Kadrlardan da görünür ki, cütlük barışıb.

Qeyd edək ki, Natavan əri ilə 1 aydır ayrı evlərdə qaldıqlarını və görüşmədiklərini demişdi.