Müğənni Natavan Həbibi ilə reper əri Səid Əliyev (Dado) bir araya gəlib.
 
Unikal.org-un Axşam.az-a istinadən məlumatına görə, boşanma ərəfəsində olan cütlük "Xəzər" telekanalında "5/5" verilişinin çəkilişi ərəfəsində görüşüblər.
 
Cütlüyün efirdən kənarda səmimi görüntüləri diqqət çəkib. Aparıcı Zaur Kamal Natavan və Dadonun qucaqlaşan videosunu lentə alıb. Kadrlardan da görünür ki, cütlük barışıb.
 
Qeyd edək ki, Natavan əri ilə 1 aydır ayrı evlərdə qaldıqlarını və görüşmədiklərini demişdi.
 
Həmin görüntünü təqdim edirik: