ABŞ-ın məşhur aktyoru Mark Wahlberq və model həyat yoldaşı 39 yaşlı Rhea Durham, Barbadosda bayram ərəfəsində çəkilmiş fotoşəkilləri heyranlarını həyəcanlandırıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Yeni ili Barbadosda qarşılayan 4 uşaq anası Rhea Durhamın və Mark Wahlberq yenidən mətbuatın gündəminə gəliblər. 

ABŞ mətbuatı iddia edir ki, Rhea Durham ötən ilki görüntülərindən tamamilə dəyişib və 39 yaşlı modelin qarnın böyüməsi 'hamilə' olmasından xəbər verir. 

5-ci övladlarına yaxın vaxtlarda qovuşacaqları deyilən məşhur cütlük  bu barədə jurnalistlərə heç bir şərh verməyib. Modelin bəzi fanatları isə onun kökəldiyini deyirlər.