Aktyor Ahmet Kuralla eşq yaşayan müğənni Sıla imicini dəyişib.

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, ifaçı başının bir hissəsini keçəl etdirib. Sılanın radikal qərarı sosial şəbəkə istifadəçiləri arasında mübahisəyə səbəb olub. İzləyicilər müğənninin bu addımını bəyənməyiblər.

Onlar "Sən neylədin, kaş saçlarını kəsdirməzdin. Heç yaraşmır. Çox pis olub. Dərhal imicini yenidən dəyiş. Əvvəlki halına qayıt şərhlərini yazıblar.