Türkiyənin məşhur müğənnisi Hadisə Belçikaya gedib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni 7 il sonra ilk dəfə Yeni ili ailəsi ilə birlikdə qeyd edib.

Bu səbəbdən o bəi konsertlərdən imtina edib. 

Qeyd edək ki, Hadisə Yeni il gecəsi Bakıda verəcəyi konsertdən imtina etmişdi. Sənətçi Bakı konserti üçün 1 milyon lirə (təxminən 500 min manat) qonorar alacaqdı.