"Rabitəbank ASC-nin Marketinq Departamentinə yeni direktor təyin edilib.

Unikal.org Banka istinadən xəbər verir ki, bu, Elmir Əliyevdir.

O, bundan əvvəl Azərbaycanın ödəniş sistemlərindən birində marketinq direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, "Rabitəbankda sözügedən vəzifə uzun müddət vakant olub.