"PAL SHIPPING TRADER THREE şirkətinin mülkiyyətində olan "Ağsu tankerinin Danimarkanın Kalundborq limanında müfəttişlər tərəfindən saxlanılması barədə xəbəri Azərbaycan mətbuatında geniş yar alıb.

Oxu.Az-ın məlumatına görə, bundan sonra şirkət rəsmiləri bu xəbəri yayan "Dəniz Xəbər Agentliyini yalan informasiya yaymaqda ittiham ediblər.

Hətta Azərbaycan mətbuatına açıqlama verən "Palmali Şirkətlər Qrupunun rəsmiləri "Dəniz Xəbər Agentliyini onlar barədə sifarişli xəbər yazmaqda və agentliyin səhmlərinin 50 faizinin azərbaycanlı iş adamına beş milyon dollara satıldığını iddia ediblər.

"Palmalinin gəmisi Danimarkada 16 gün həbsdə qalıb

19 yanvarda "Dəniz Xəbər Agentliyi "PAL SHIPPING TRADER THREE şirkətinin mülkiyyətində olan "Ağsu tankeri Danimarkanın Kalundborq limanında saxlanıldı başlığı ilə yaydığı xəbərdə bildirirdi ki, 2008-ci il istehsalı olan "Ağsu tankerində danimarkalı müffətişlər tərəfindən Paris Memorandumu (Paris MoU) çərçivəsində yoxlamalar başlanıb və gəmi nəzarətə götürülüb. "Ağsu tankerinin səfərə çıxmasına qadağa qoyulduğu və həbs qoyulması barəsində sənəd tərtib edildiyi vurğulanıb.

Bu xəbərin Azərbaycan mediasında geniş yayılmasından sonra "Palmali Rostov şirkətinin rəhbərliyi gəminin Rusiya bayrağı altında üzdüyünə görə qəsdən yoxlanıldığını bildirib.

Şirkətin bu açıqlamasından sonra "Dəniz Xəbər Agentliyi Danimarkanın Kalundborq limanının müfəttişlərinə sorğu göndərib.

Sorğuda "Ağsu tankerinin Rusiya bayrağı altında üzdüyünə görə həbs edilməsi məsələsinə aydınlıq gətirilməsi xahiş olunub.

"Statoil Kalundborq limanından "Dəniz Xəbər Agentliyinin sorğusuna cavab məktubu göndərilib.

Məktubda deyilir:

"Ağsu tankerinin Rusiya bayrağı altında üzdüyünə görə həbs edilməsi ilə bağlı səsləndirilən iddialar əsassızdır. Tanker aşkarlanmış texniki nasazlığa görə saxlanılıb. Gəmi heyəti tərəfindən bu nasazlıqlar gec aradan qaldırıldığına görə 16 gün müddətinə limandan çıxmasına icazə verilməyib.

"Ağsu tankeri üç ay əvvəl Latviyada da həbs olunubmuş

"Palmali Şirkətlər Qrupuna aid "PAL SHIPPING TRADER THREE şirkətinə məxsus "Ağsu tankeri Paris Memorandumu (Paris MoU) çərçivəsində 28 oktyabr - 5 noyabr 2017-ci il tarixləri arasında Riqa limanında yoxlanılıb və gəminin səkkiz gün səfərə çıxmasına icazə verilmədiyi bəlli olub.

Son bir ildə "Palmali şirkətinə məxsus altı gəmi yeddi dəfə səfərdən məhrum edilib

"Dəniz Xəbər Agentliyinin araşdırmaları nəticəsində məlum olub ki, son bir ildə "Palmali şirkətinə məxsus altı gəmi yeddi dəfə səfərdən məhrum edilib.

Paris Memorandumu (Paris MoU) çərçivəsində Avropa limanlarına səfər edən "Palmalı Dənizçilik Şirkətinə məxsus beş gəmi yoxlamalar çərçivəsində altı dəfə həbs olunub.

Bundan başqa, "Palmali Voyager adlı gəminin Ağdəniz Memorandumu çərçivəsində Misirə səfərinə icazə verilməyib.