Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakı satışa çıxarır.

Unikal.org  Fondun saytına istinadən bildirir ki, 39 lot üzrə daşınar və daşınmaz əmlak ilk dəfə hərraca çıxarılır, 15 lot üzrə daşınar və daşınmaz əmlak isə təkrar hərraca çıxarılır.

Belə ki, ləğv prosesində olan QSC "Bank Standard KB-nin balansında olan 1 ədəd "Daewoo Nexia, 3 ədəd "Mitsubishi Lancer, 6 ədəd "Toyota Corolla, 1 ədəd "Toyota Avalon markalı minik avtomobilləri və 2 ədəd bankomat təkrar hərraca çıxarılır.

Bu bankın balansında olan 2 ədəd "VAZ-213100, 2 ədəd "Toyota Camry, 2 ədəd "Lexus LX-570"Lexus LX-570, 1 ədəd "Mercedes Benz CLS 63 AMG, 1 ədəd "Mercedes Benz GL500, 1 ədəd "Mercedes Benz S500i, 1 ədəd "Jeep Grand Cherokee, 1 ədəd "Mitsubishi Outlander, 2 ədəd "Ford Transit Connect markalı avtomobillər və 4 ədəd bankomat isə ilk dəfə hərraca çıxarılır.

Ləğv prosesində olan "Royalbank ASC-nin balansında olan 1 mənzil, 2 ev və 1 qeyri-yaşayış sahəsi, ləğv prosesində olan "Zaminbank ASC-nin balansında olan 1 ədəd "Ford Transit Connect markalı avtomobil, ləğv prosesində olan "Qafqaz İnkişaf Bankı ASC-nin balansında olan 1 ədəd "Mercedes Benz S350 markalı avtomobil ilk dəfə hərraca çıxarılır.

Bundan başqa, ləğv prosesində olan "Kredobank ASC-nin balansında olan 1 qeyri-yaşayış sahəsi təkrar hərraca, 2 qeyri-yaşayış sahəsi, 1 ədəd "QAZ-3110, 1 ədəd "Toyota Camry və 1 ədəd "Toyota Land Cruser markalı avtomobillər isə ilk dəfə hərraca çıxarılır.

Ləğv prosesində olan "Texnikabank ASC-nin balansında olan bağ evi təkrar hərraca, 2 ədəd bankomat, 7 qeyri-yaşayış sahəsi və bir lot üzrə 3 torpaq sahəsi isə ilk dəfə hərraca çıxarılır.

Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında, Bakı şəh, İ.Hidayətzadə küç, 156(20A) 1933-cü məh. ünvanda keçiriləcək.

Ləğv prosesində olan "Texnikabank ASC-nin balansında olan bağ evinin satışı üzrə hərrac 12 fevral 2018-ci il, ikinci dəfə satışa çıxarılan digər əmlaklar üzrə təkrar hərrac 19 fevral 2018-ci il, ilk dəfə satışa çıxarılan əmlaklar üzrə isə hərrac 26 fevral 2018-ci il tarixlərində keçiriləcək.