Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadənin, prezidentliyə namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyevin namizədliyinin qeydə alınması məsələsinə baxılıb.

Unikal.org-un xəbərinə görə, MSK katibi Arifə Muxtarova deyib ki, Araz Əlizadənin və Qüdrət Həsənquliyevin müdafiəsi üçün toplanan imzalar MSK-ya təqdim edilib, Mərkəzi Seçki Komissiyası həmin imzaları yoxlayıb, onların prezidentliyə namizədliyinin qeydə alınması üçün əsaslar var.

Hər iki şəxsin namizədliyinin qeydə alınması məsələsi səsverməyə çıxarılaraq qəbul edilib.

16:23

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Azərbaycan Prezidentliyinə namizədliyi irəli sürülən Oruc Zahid Məhərrəm oğlunun namizədliyinin qeydə alınması məsələsinə baxılıb.

Unikal.org xəbər verir ki, MSK katibi Arifə Muxtarova deyib ki, Zahid Orucun səlahiyyətli nümayəndələri namizədliyin qeydə alınması üçün zəruri olan seçki sənədlərini MSK-ya təqdim edib.

MSK-da fəaliyyət göstərən İşçi Qrupun rəhbəri Etibar Quliyev deyib ki, Z.Orucun namizədliyinin müdafiəsi üçün MSK-ya 44 min 624 imza təqdim olunub. O bildirib ki, bütün imzalar yoxlanılıb, etibarsız imzaların sayı 4 303-dür.
Qeyd olunub ki, onun namizədliyinin qeydə alınması üçün əsaslar var. Z.Orucun namizədliyinin qeydə alınması məsələsi səsverməyə çıxarılıb, onun prezidentliyə namizədliyi qeydə alınıb

*** 16:12

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında prezidentliyə namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Zahid Məhərrəm oğlu Orucun, prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadənin, prezidentliyə namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyevin namizədliyinin qeydə alınması məsələsinə baxılacaq.

Həmin şəxslərlə bağlı MSK katibi Arifə Muxtarova məlumat verəcək.

Onların namizədliyi qeydə alınarsa, prezidentliyə qeydə alınmış namizədlərin sayı 4 olacaq.

Qeyd edək ki, MSK 15 nəfərin namizədliyinin irəli sürülməsini təsdiqləyib. Onlardan yalnız namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib.