Qubada yol nəqliyyat hadisəsi qeydə alınıb. 

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, qəza Quba-Püstəqasım kəndi ərazisində baş verib. Maşının əyləci sistemində yaranan problem nəticəsində avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Onlar 1973-cü il təvəllüdlü Telman Bürcəliyev, onun həyat yoldaşı Rəsmiyyə və oğlu 1996-cı il təvəllüdlü Elvindir. Telman və Elvin Orucəliyevlərin müalicəsi Quba Məkəzi Rayon Xəstəxanasında davam etdirilir. R.Orucəliyeva isə ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırmalar aparılır.