Xilasedicilər Türkiyənin İranda qəzaya uğramış "Bombardier Challenger 600" təyyarəsinin göyərtəsində olan 3 heyət üzvü və 8 sərşinin yanmış meyitini aşkar ediblər.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Mütəxəssislərin sözlərinə görə, tapılmış qalıqların tanınması üçün DNK analizinə ehtiyac var.

Axtarış-xilasetmə əməliyyatlarına ümumilikdə bir neçə xüsusi briqada, həmçinin alpinist və yanğınsöndürənlər cəlb olunub. Təyyarənin qalıqları dəniz səviyyəsindən təqribən 400-500 metr yüksəklikdə, əməli olaraq uçurumun kənarında aşkar olunub.

"Hadisə yerində yanğın hələ də, davam edir və mütəxəssislər qeyd edirlər ki, ərazi şəraitinə görə yanğının yayılması təhlükəsi var", - deyə TASS "Fars"a istinadən xəbər verir.