FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində "OKA və "Hyundai" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Unikal.org-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. 

Xilasedicilər sıxılmış vəziyyətdə qalmış 1991-ci il təvəllüdlü Həsənov Eldar Cəmşid oğlunun cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.