Abşeronda intihar hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. Şəhər sakini, 1987-ci il təvəllüdlü Kamil Yunis oğlu İsmayılov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Abşeron rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.