Bu gün paytaxtın Səbail rayonu, Rəşid Behbudov küçəsi 54 ünvanında yola ağac aşıb.

Hadisə şahidlərinin unikal.org-a verdiyi məlumata görə, xoşbəxtlikdən ərazidə dayanan, eləcə də hərəkət edən avtomobillərə ziyan dəyməyib. 

Onu da qeyd edək ki, yola ağacın aşması qısamüddətli tıxaca səbəb olub. Hadisə zamanı piyadalardan da xəsarət alan olmayıb. 

Famil Fərhadoğlu