Şəmkirdə evdən külli miqdarda pul oğurlanıb.

Unikal.org  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də rayon ərazizindəki evlərin birindən 12000 manat və 4000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən ev sahibinin nəvəsi saxlanılıb. Araşdırma aparılır.