Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaraçala qəsəbəsinin ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobillə "VAZ-21099" markalı avtomobillər toqquşub. İlkin məlumata görə, qəza nəticəsində iki nəfər hadisə yerində ölüb və biri nəfər ağır bədən xəsarətləri alıb.

Faktla araşdımalara başlanılıb.