YAP Mərkəz Seçki Qərargahının Səbail rayon şöbəsində təbliğat-təşviqat kampaniyası çərçivəsində ilk dəfə səs verən gənclərlə "İLHAMLA İRƏLİ! şüarı altında görüş keçirilib.

Unikal.org xəbər verir ki, görüşdə 250-dən çox gənc iştirak etdi.

Yüksək əhval ruhiyyə ilə keçən tədbirdə Səbailli gənclər cənab İlham Əliyevi dəstəkləyən çoxsaylı şüarlar səsləndirdilər və yekdilliklə Ona səs verəcəklərini bildirdilər.

Tədbirdə YAP Səbail "Gimnastlar" ərazi ilk partiya təşkilatında partiya sıralarına yeni qəbul olunmuş gənclərə partiya vəsiqələri təqdim olundu.