YAP Mərkəzi Seçki Qərargahı tərəfindən təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağdaş şəhər stadionunda seçicilərlə Zirvə görüşü - konsert-mitinq keçirilib.

Unikal.org xəbər verir ki,  Zirvə görüşündə 25 mindən çox ağdaşlı iştirak edir. Seçicilər böyük coşqu, yüksək əhval-ruhiyyə ilə görüşə gəliblər. 

Zirvə görüşündə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, Yeni Azərbaycan Partiyası Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Cavid Osmanov, Ağdaş rayon Ağsaqqallar Şurasının sədri Rafiq Nəbiyev, Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli, Milli Məclisin deputatları Elman Nəsirov və Sabir Hacıyev çıxış ediblər. Onlar Yeni Azərbaycan Partiyasının sədri, ölkə başçısı cənab İlham Əliyevin prezidentiyi dövründə ümummilli lider Heydər Əliyevin siyasi kursuna sadiq qalması, bu siyasi kursun müasir dövrün tələblərinə uyğun formada həyata keçirilməsi və bunun da nəticəsində müstəqil Azərbaycanın regionun ən güclü dövlətinə çevrilməsi, eyni zamanda ölkədə həyata keçirilən misilsiz abadlıq, quruculuq işlərindən və infrastruktur layihələrindən söz açıblar.

Zirvə görüşünə qatılan ağdaşlı seçicilər bütün çıxışçıları diqqətlə dinləyərək, cənab İlham Əliyevin ünvanına sürəkli alqış və "Ağdaşlılar İlhamla irəli şüarları səsləndirməkdə davam edirlər. Zirvə görüşündə respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olundu.