MDB müşahidə missiyasının üzvləri Lerik rayonunda da seçki prosesini izləyir. 

Unikal.org xəbər v erir ki, missiyanın üzvü Natalya Jukova APA-ya açıqlamasında seçici fəallığı müşahidə olunduğunu deyib.

"Mən birinci dəfə deyil ki, MDB-nin müşahidə heyətinin tərkibində yer alıram. Müşahidələrimə görə, bugünkü prezident seçkiləri çox aktiv keçir. Hər şey kifayət qədər yaxşı təşkil edilib, hər şey açıqdır. Sakinlərin böyük marağı var" - deyə müşahidəçi qeyd edib.