"Azərbaycanda seçkilər demokratik şəkildə keçirilib".

 

Unikal.org APA-ya itinadən bildirir ki, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov bu gün keçirdiyi mətbuat konfransında deyib.

 
S. Markov bildirib ki, bu seçkilər Azərbaycan xalqının siyasi iradəsinin göstəricisidir: ""Exit-poll"un nəticələrinə baxsaq, İlham Əliyev qalib gəlib və bu nəticə millətin iradəsini əks etdirir. Digər namizədlər lazımi şəkildə öz seçicilərinə müraciət etdilər. Seçkilər Avropa Şurasının standartlarına uyğun keçirilib. Əminəm ki, Avropa Şurasının üzvləri bu seçkiləri demokratik sayacaq.
Bu seçkilər Rusiyada keçirilən prezident seçkilərinə bənzəyir. Hər iki ölkədə xalq tərəfindən sevilən prezident yenidən dəstəkləndi.

 
Rusiyada Vladimir Putin, Azərbaycanda isə İlham Əliyev prezident seçildi. İlham Əliyevin  belə yüksək göstərici əldə etməsinin ən əsas səbəbi ölkədə yaşayış səviyyəsinin yüksəlməsidir.  Bir də Azərbaycan bu münaqişəli regionda stabil ölkə olaraq qalır. Ümidvaram ki, bu seçkilərdən sonra da Rusiya və Azərbaycan arasında münasibətlər inkişaf etməyə davam edəcək".

 S. Markov gələn dəfə seçki məntəqələrinin sayı artırılmasını da təklif edib.