Türkiyənin Çukurova yaşayış məntəqəsində ilk traktor bazarının açılışında faciə  baş verib.

Unikal.org xəbər verir ki, musiqi sədaları altında keçirilən açılış mərasimində 1940-cu il  istehsalı olan traktorla  şou göstərən İsmayıl Yalçın son anda ölümdən qurtula bilib.

O, nəqliyyat vasitəsi ilə dairə çəkmək istəyən zaman idarəetməni itirib və traktor aşıb. Xoşbəxtlikdən sürücü cəld tərpənib və traktorun altında qalmaqdan canını qurtarıb. 

İ. Yalçın müayinə olunmaq üçün xəstəxanaya aparılıb.