Maşın bazarında Ramazan ayında alıcılıq azalsa da qiymətlərdə azalma müşahidə edilmir. Əksinə maşınların qiyməti hər ötən gün bahalaşır.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, bazarda alıcılar qiymətin bahalığından, satıcılar isə satışın zəifliyindən giley edir.

Maşın bazarında 2006-ci il istehsal olan BMW 325 makralı avtomobil 22 min manata alıcılara təklif olunur. Ford Fusion (2013) 22 500, Chevrolet Epica (2008) 10 000, Chevrolet Cruze (2011) isə 14 000 manata satılır.

2002-ci il istehsal olan BMW 3 isə 12 5000 manata alıcılara təklif edilir.