Avroliqada ilk play-off oyunları: kim qruplara erkən düşdü?
Avroliqada ilk play-off oyunları: kim qruplara erkən düşdü?

Azərbaycan təmsilçisi Cənubi Kipr klubuna dişini göstərə bilmədi, "Trabzonspor" sülhə razılaşdı, "Bursaspor" qələbə qazandı

Srağagün Avropa Liqasında play-off mərhələsinin ilk oyunları çərçivəsində növbəti görüşlər keçirilib. İkinci oyun günündə daha 30 qarşılaşma baş tutub.

Azərbaycan təmsilçisi - Bakının "Neftçi" klubu öz meydanında ilk görüşünə çıxıb. Çempionlar Liqasında mübarizəni dayandıran "Neftçi" Avropa Liqasının qrup mərhələsinə düşmək şansı qazanmışdı. Amma ilk oyundan sonra bu xeyli mümkünsüz görünür.
Kiprin APOEL klubu ilə qarşılaşan "Neftçi"nin güclü rəqibinə qarşı necə müqavimət göstərəcəyi böyük maraq doğururdu. İlk hissəsi qolsuz başa çatan oyunda hesab fasilədən sonra açılıb. Hərəyə bir dəfə fərqlənən komandalar görüşdən bərabərliklə ayrılıblar - 1:1. Doğrudur, cütün taleyi cavab oyunundan asılıdır, amma bakılıların rəqib meydanda üstünlük qazanmaq ehtimalı çox aşağı qiymətləndirilir.
Türkiyənin iki təmsilçisi - "Bursaspor" və "Trabzonspor" klubları da srağagün axşam play-off mərhələsində ilk görüşlərini keçiriblər. "Bursaspor" evdə "Tvente" (Hollandiya) ilə, "Trabzonspor" isə Macarıstanın "Videoton" klubu ilə qarşılaşıb. Bursa təmsilçisi güclü rəqibini 3:1 hesabı ilə məğlub edib. "Trabzonspor" isə doğma azarkeşləri önündə "Videoton"un müqavimətini qıra bilməyib - 0:0.
Qeyd edək ki, play-off mərhələsinin oyunlarına üç gün əvvəl start verilmişdi. Almaniyanın "Ştuttqart" klubu öz meydanında "Dinamo" (Moskva, Rusiya) komandasını 2:0 hesabı ilə məğlub etmişdi.
Əlavə edək ki, play-off mərhələsinin cavab oyunları avqustun 30-da keçiriləcək. Bununla belə, bir çox klublar rəqib meydanında böyük hesablı qələbələr sayəsində artıq indidən özlərini qrupp mərhələsində hiss edə bilərlər. Onlar üçün cavab görüşlərinin formal xarakter daşıyacağı şübhəsizdir.
Avropa Liqasında play-off mərhələsinin srağagünki oyunları:
"Neftçi" (Azərbaycan) - APOEL (Kipr) - 1:1
Qollar: Mahir Şükürov, 82-pen (1:0), Selim Benaşur, 83 (1:1)
"Anji" (Rusiya) - "AZ Alkmaar" (Hollandiya) - 1:0
Qol: Traore, 50 (1:0)
"Tromo" (Norveç) - "Partizan" (Serbiya) - 3:2
Qollar: Prijoviç, 37 (1:0), Markoviç, 43 (1:1), Byörk, 77 (2:1), Mbodji, 82 (3:1), Mitroviç, 84 (3:2)
"Ekranas" (Litva) - "Styaua" (Rumıniya) - 0:2
Qollar: Martinoviç, 36 (0:1), Popa, 76 (0:2)
"Atromitos" (Yunanıstan) - "Nyukasl" (İngiltərə) - 1:1
Qollar: Epstein, 24 (1:0), Teylor, 45 (1:1)
"Legiya" (Polşa) - "Rusenburq" (Norveç) - 1:1
Qollar: Koseçki, 42 (1:0), Dokkal, 80 (1:1)
AIK (İsveç) - CSKA (Moskva, Rusiya) - 0:1
Qol: Honda, 61 (0:1)
"Slovan" (Çexiya) - "Dnepr" (Ukrayna) - 2:2
Qollar: Konoplyanka, 43 (0:1), Matheus, 49 (0:2), Breznanik, 62 (1:2), Vaça, 90-pen (2:2)
"Şerif" (Moldova) - "Marsel" (Fransa) - 1:2
Qollar: Ayev, 18 (0:1), Payoviç, 27 (1:1), Jinyak, 53 (1:2)
"Molde" (Norveç) - "Heerenveen" (Hollandiya) - 2:0
Qollar: Eikrem, 31 (1:0), Moström, 90 (1:1)
"Dinamo" (Rumıniya) - "Metalist" (Ukrayna) - 0:2
Qollar: Xavyer, 9 (0:1), Kristaldo, 57 (0:2)
"Bursaspor" (Türkiyə) - "Tvente" (Hollandiya) - 3:1
Qollar: Çadli, 31 (0:1), Batalla, 40 (1:1), Şestak, 53 (2:1), Batalla, 82 (3:1)
"Luzern" (İsveçrə) - "Genk" (Belçika) - 2:1
Qollar: Rangelov, 7 (1:0), Vossen, 12 (1:1), Vinter, 71 (2:1)
"Trabzonspor" (Türkiyə) - "Videoton" (Macarıstan) - 0:0
"Dudelanj" (Luksemburq) - "Hapoel" (Təl-Əviv, İsrail) - 1:3
Qollar: Kaillet, 4-avtoqol (0:1), Ben Haim, 19-pen (0:2), Yoahim, 20 (1:2), Kohen, 26 (1:3)
"Feyenoord" (Hollandiya) - "Sparta Praqa" (Çexiya) - 1:2
Qollar: Kadleç, 23 (0:1), 27 (0:2), Nelom, 60 (1:2)
"Midtilland" (Danimarka) - "Yanq Boys" (İsveçrə) - 0:3
Qollar: Bobadilla, 42 (0:1), Farnerud, 81 (0:2), Kostanzo, 90 (0:3)
"Debrecen" (Macarıstan) - "Brügge" (Belçika) - 0:3
Qollar: Blondel, 58 (0:1), Rafaelov, 77 (0:2), Bakka, 90+2 (0:3)
PAOK (Yunanıstan) - "Rapid" (Avstriya) - 2:1
Qollar: Alar, 25 (0:1), Athanasiadis, 69 (1:1), 83 (2:1)
"Lokeren" (Belçika) - "Viktoriya" (Plzen, Çexiya) - 2:1
Qollar: Harbauoi, 10 (1:0), Bakos, 29 (1:1), Mariç, 90-pen (2:1)
"Mozervel" (Şotlandiya) - "Levante" (İspaniya) - 0:2
Qollar: Lopez, 42 (0:1), El Zhar, 62 (0:2)
"Slask" (Polşa) - "Hannover" (Almaniya) - 3:5
Qollar: Andreasen, 7 (0:1), 82 (3:4), Şlaudraf, 25 (0:2), Yodlovieç, 34 (1:2), Stindl, 40 (1:3), Patejuk, 54 (2:3), Kazmierkza, 61 (3:3), Şmiedebax, 85 (3:5)
"Vasluy" (Rumıniya) - "İnter" (Milan, İtaliya) - 0:2
Qollar: Kambiasso, 23 (0:1), Palasio, 73 (0:2)
"Harts" (Şotlandiya) - "Liverpul" (İngiltərə) - 0:1
Qol: Vebster, 78-avtoqol (0:1)
"Srvena zvezda" (Serbiya) - "Bordo" (Fransa) - 0:0
"Maritimo" (Portuqaliya) - "Dila" (Gürcüstan) - 1:0
Qol: Fidelis, 64 (1:0)
"Mura" (Sloveniya) - "Latsio" (İtaliya) - 0:2
Qollar: Hernanes, 31 (0:1), Kloze, 59 (0:2)
"Atletik" (İspaniya) - "Helsinki" (Finıandiya) - 6:0
Qollar: Aduriz, 25 (1:0), 51 (4:0), Susaeta, 31 (2:0), 57 (5:0), Perez, 42 (3:0), İraola, 85 (6:0)
"Horsens" (Danimarka) - "Sportinq" (Portuqaliya) - 1:1
Qollar: Spelman, 15 (1:0), Karillo, 79 (1:1)
"Zeta" (Monteneqro) - PSV (Eyndhoven, Hollandiya) - 0:5
Qollar: Toyvonen, 2 (0:1), Matavz, 74 (0:2), Strootman, 77 (0:3), Lens, 83 (0:4), Van Bommel, 90 (0:5)
"Ştuttqart" (Almaniya) - "Dinamo" (Moskva, Rusiya) - 2:0
Qollar: İbişeviç, 72 (1:0), 90 (2:0)