Bir neçə gün öncə avtoritet Elnur Şuşalı haqqında video yayılıb. O sevdiyi qadına müraciət edir. İddia edilirdi ki, həmin videodan sonra Lotu Quli E.Şuşalını ətrafından uzaqlaşdırıb. Həmin xəbər Unikal.org saytında da yayımlanmışdı.



Bu səbəbdən avtoritet Elnur Şuşalı Unikal.org-la özü əlaqə saxlayıb və bəzi məsələlərə aydınlıq gətirmək istədiyini deyib.

- İddia edilir ki, həmin videodan sonra sizi Lotu Quli ətrafından uzaqlaşdırıb. Bu barədə nə deyərdiz?

- Yazmısız ki, Lotu Quli avtoriteti ətrafından uzaqlaşdırdı. Bu məlumatı hardan alıbsız ki, mən uzaqlaşmışam, ya uzaqlaşmamışam. Olan şey yazılanda adama ləzzət edər.
Bunu yayan adam "proqramistdir. Dədə, şəkilə diqqətlə baxsanız, görəcəksiniz ki, mənim boynuma "Quli sözü yazılıb. Amma baxın görün, o videoda mənim boyunumda yazılan "Quli sözü varmı? Yoxdur.
Bunu yayan adam mənim doğma bibim oğludur. Aygün də mənim yoldaşımın adıdır. Onu mən adam etmişəm, mən onu Avropaya gətirmişəm. Üstü örtülü deyim, başa düşərsən - O Azərbaycana 3 günlük gedəndən sonra oturdu kiminsə qucağında. Mənə qıcıq verməkdən ötəri belə şeylər yaydı ki, Azərbaycana gəlim.
Birincisi, mən qol gücü idmanı ilə yox, ağır atletika ilə məşğul olmuşam. Avropa, Asiya çempionuyam. 10 dəfə Azərbaycan çempionu olmuşam. Bu adam məni şantaj elədi. Az əvvəl də dediyim kimi, doğma bibim oğlu buradan Azərbaycana gedəndən sonra məni şantaj etməyə başladı. Kiminsə qucağında oturdu. Mənə qıcıq verir ki, özüm ora gəlim. Hər şeyin axırına baxın. Bu gün - sabah o haradasa görünəcək ki, onun başına nələr gəlir. Mən bunu qorxmadan deyirəm. Mən kişiyəm, elədiyimi də, nə edəcəyimi də deyərəm. O mənim ailəmə bacı deyib, onun qarşısına çörək qoyub. Qeyrətli oğlan bu hərəkəti edər, brat?

- Yəni, deyirsiniz, uzaqlaşdırılma yalandır?

- Axı, mən Qulidən uzaqlaşmamışam və yaxud əksinə. Dədə, mən bugünkü gün də hamı ilə "obşaq da edirəm, hamı ilə əlaqədəyəm də... Bunu yazınca deyin ki, Elnur Şuşalı Azərbaycanda qocalar evinə, Qarabağ əlillərinə kömək edir, yazın, deyim hə....
Elnur Şuşalı böyük bir xeyriyyə fondunun prezidentidir, Avtoritetdən əlavə Avropada iş adamıdır. Düzü nədir onu yazın. Mən uşaq evlərindən tutmuş, nə qədər yetim-yesir var, onlara əl tutan oğlanam. Elnur Şuşalı Prezidentə, dövlətimizə qarşı söyüş söyənlərin hamısının qarşısına çıxan admadır. Çünki mənim dövlətimə qarşı heç kim heç nə edə bilməz. Çünki biz azərbaycanlıyıq. Bizim dövlətimizi pisləməyə haqqımız yoxdur. Bayrağının, dövlətinin qeyrətini bilməyən adam namusdan qeyrətdən danışa bilməz. Bəli, Elnur Şuşalı bu gün Avropada yaşayır. Hər cür şəraiti var. Mənim qaqaşım, reallıq nədir, onu yazın, sizə zəng etmərəm. Başa düşürəm, siz eşitdiyinizi yazırsız, jurnalistsiz. Sizə heç nə demirəm. Amma dədə, mənim nömrəm var. Özümə zəng edin, nə sualınız varsa, cavab verim. Mən indi sizə qardaşyana demək istəyirəm ki, olanı yazın canım qurban. Əgər mən nəsə səhv hərəkət etmişəmsə, yazsaz, mən dillənmərəm. Bu gün Elnur Şuşalıya Avropanın özü dayaq durur. Avropada tanınan adamlarıq. Kimsə mənim haqqımda yazanda heç vecimə olmur, çünki mən özümü tanıyıram. Allah göydən görürsə, bu, mənə bəsdir. Reklama ehtiyacım yoxdur.

- Ümumiyyətlə Azərbaycanlı avtoritetlər arasında son illər intriqalar daha da çoxalıb. Gah deyirlər, Lotu Quli Lənkəranskini öldürdü, gah da başqa məsələlər.... Buna necə münasibət bildirərdiz?

- Hərə özünə cavabdehdir. Mən öz fikirimi bildirəcəm. Allah Rövşən Lənkəranskiyə rəhmət etsin, Quliyə can sağlığı versin. Amma o intiraqa söhbətinə gəldikdə, görürsən ki, eyni qurumda çalışan iki məmur bir-birinə "protiv gedir. Əks gedirlərsə, bir-birlərinə qarşı bunu cəm halda yazmaq lazım deyil.
Bir də görürsən ki, qardaşlar arasında da intiriqa gedir. Buna qısa misal - mənim doğma bibim oğlunun hərəkətidir.
Bu həyatın qanunudur. Amma bu gün konkret olaraq, mən bunu deyə bilərəm ki, hamı beynində bir şey dərk etməlidir - Süleymana qalamyan dünya, heç kimə qalmayacaq. Hamımızın yeri torpağın altıdır.

- Ümumiyyətlə, Lotu Quli və Lənkəranski ilə bağlı yayılan informasiyalar nə dərəcədə düzgündür? Həqiqətən, Lənkəranskini Lotu Quli öldürdüb?

- Onlar hamısı təxribatdır. Boş-boş danışıqlardır. Əvvəllər arvadlar qeybət qırırdı, indi kişilər qeybət qırır. Bunlar boş-bekarçılıqdan bir şayiə uydurur və yayılır. Amma çox şey yalandan yayılır.

- Türkiyədə Rövşən Lənkəranskinin qardaşının həbsi barədə yəqin ki, oxumusuz. Guya Lotu Quliyə sui-qəsd olub, ona hücum olunub. doğrudurmu?

- Belə deyək, danışmaq gümüşdürsə, susmaq qızıldır. Mənim haqqım yoxdur ki, öz çərçivəmdən çıxam. Kimsənin də haqqı yoxdur çərçivəsindən çıxsın... Çox şeylər şayiədir.

- Lotu Qulinin tərəfdarı olaraq Lənkəranski haqqında danışmaq istəmirsiz?

- Yenə deyirəm, Allah Rövşənə qəni-qəni rəhmət etsin, Quliyə də cansağlığı versin. Bu gün mən bir kənarda durmuşam. Görsəm ki, zəifi əzirlər, mən yenə də onun arxasında duracam. Qanım bahasına da olsa... Mən qoymaram mənim millətim əzilsin. Ya özümüzünkü əzilsin ya da qeyrisi... İnsan bu dünyadan köçəndə ya rəhmət qazanır, ya da lənət qazanır...

Orxan Həsənli