ABŞ-da qeyd edilən görüntülərdə kiçik bir buludun anidən göydən yerə enməsi izləyənlərdə çaşqınlıq yaradıb.

Unika.org bildirir ki, videogörüntü ABŞ-da bir anda hər kəsin müzakirə mövzusuna çevrilib.
 
Yerə enən bulud daha sonra təkrar göyə qalxmağa başlayıb. Sosial mediada paylaşılan videoya fərqli reaksiyalar verilib. Bəziləri vəziyyətə təəccüblənərkən bəzilərinin isə daha ağlabatan açıqlamaları olub.

Bəzi istifadəçilər bunun sənaye təmizlənməsində istifadə edilən nəhəng bir sabun köpüyü olduğunu iddia edib.(moderator)