İngiltərənin "Brayton klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Unikal.org xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransanın "Lill klubunun yarımmüdafiəçisi İv Bissumanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Tərəflər 5 illik müqaviləyə imza atıblar. Fransa təmsilçisi bu transferdən 20 milyon avro qazanıb.

Mali yığmasının da şərəfini qoruyan Bissuma, məhz "Lillin yetirməsidir. O, 2016-cı ildən bu klubun əsas komandasında forma geyinirdi.