Bu gün UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Unikal.org-un məlumatına görə, Azərbaycanın "Keşlə" klubu Maltanın "Baltsan" klubunu qəbul edib. Oyun "Keşlə"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşsa da  ilk qarşılaşmadakı  4:1 hesablı  qələbəyə görə,  "Baltsan"növbəti təsnifat mərhələsinə yüksəlib.