Bu gün UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Unikal.org-un məlumatına görə, Azərbaycanın "Qəbələ" klubu Lüksemburqun "Proqres" klubu ilə qarşılaşıb. Oyun "Qəbələ"nin minimal hesablı qələbəsi ilə başa çatıb. Qolu oyunun 28-ci dəqiqəsində S.Jozef-Monroz vurub.

Buna baxmayaraq ilk oyunda 2:0 hesabı ilə məğlub olan "Qəbələ" UEFA Avropa Liqasının növbəti təsnifat mərhələsinə vəsiqə qazana bilməyib.