Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ" transfer hədəfində olan Cənubi Afrika Respublikasının "Maritsburq Yunayted klubunun hücumçusu Lebohanq Maboe ilə bağlı qərar verib.

Unikal.org xəbər verir ki, "köhlən atlar 24 yaşlı futbolçunu transfer etməkdən imtina edib. Bu barədə Cənubi Afrika Respublikasının mətbuatı xəbər yayıb.

CAR təmsilçisi Maboeyə 500 min avro qiymət qoyub. "Qarabağ isə bu məbləği ödəmək istəməyib. Xəbərdə "Qarabağ"ın braziliyalı hücumçu ilə güclənəcəyi qeyd edilib.

Maboe CAR millisinin üzvüdür.