"Liverpul "Romanın qapıçısı Alisson Bekkerin keçidini rəsmiləşdirib.

Unikal.org xəbər verir ki, onunla 6 illik müqavilə bağlanıb. "Roma qapıçının transfer qiymətini də açıqlayıb.

"Liverpul onun üçün 62,5 milyon avro ödəyib. "Roma bonus şəklində daha 10 milyon avro qazana bilər.

Beləliklə, Alisson dünyanın ən bahalı qapıçısı olub. Bekker "Romaya 2016-cı ildə 8 milyon avroya keçmişdi.