"Barselonanın futbolçusu Yerri Minanın menecerliyini edən əmisi Jair Mina qatıldığı bir radio proqramında maraqlı açıqlamalar verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Minanın əmisi kolumbiyalı müdafiəçinin transferi üçün İngiltərınin "Everton klubu ilə görüşdüklərini etiraf edib:

"Yerri üçün bir çox klubdan təkliflər var. Bu günə kimi isə sadəcə, "Evertonun idman direktoru Marsel Brandsla bir dəfə görüşüm olub.

Amma Yerri Minanın əsas hədəfi karyerasını "Barselonada davam etdirməkdir.

Mina Kolumbiya millisinin heyətində DÇ-2018-də uğurlu çıxış etməklə Avropanın bir çox klublarının diqqətini çəkib.