Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkatması olacaq.

Unikal.org xəbər verir ki, İsveçrənin Nyon şəhərində olacaq püşkatmada "Qarabağ - "Kukesi (Albaniya) cütünün qalibinin rəqibi də bilinəcək. Bu cüt səpələnmişlər səbətində yer alacaq. "Qarabağla "Kukesiyə ümumilikdə 11 klub rəqib ola bilər.

"Qarabağ" "Kukesi"ni keçsə, BATE (Belarus) - HİK (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

ÇL-də 3-cü təsnifat mərhələsinin ilk oyunları 7-8 avqustda, cavab görüşləri 14 avqustda keçiriləcək.

Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi

Çempionlar yolu
Səpələnmişlər

Zalsburq (Avstriya)
Legiya (Polşa) - Spartak (Slovakiya) cütünün qalibi
Ludoqorets (Bolqarıstan) - Videoton (Macarıstan) cütünün qalibi
Seltik (Şotlandiya) - Rusenborq- (Norveç) cütünün qalibi
Qarabağ (Azərbaycan) - Kukesi (Albaniya) cütünün qalibi
Astana (Qazaxıstan) - Midtulland (Danimarka) cütünün qalibi

Səpələnməmişlər

BATE (Belarus) - HİK (Finlandiya) cütünün qalibi
Dinamo (Xorvatiya) - Hapoel (Beer-Şeva, İsrail) cütünün qalibi
Malmö (İsveç) - ÇFR (Rumıniya) cütünün qalibi
Şerif (Moldova) - Şkendiya (Makedoniya) cütünün qalibi
Srvena Zvezda (Serbiya) - Suduva (Litva) cütünün qalibi
AEK (Yunanıstan)

Liqa yolu
Səpələnmişlər

Benfika (Portuqaliya)
PAOK (Yunanıstan) - Bazel (İsveçrə) cütünün qalibi
Dinamo (Kiyev, Ukrayna)
Ayaks (Hollandiya) - Şturm (Avstriya)

Səpələnməmişlər

Fənərbaxça (Türkiyə)
Spartak (Moskva, Rusiya)
Standard (Belçika)
Slaviya (Çexiya)