"Mançester Yunaytedin futbolçusu Pol Poqba komandanı tərk etmək istəyir.

Unikal.org xəbər verir ki, Poqba Joze Mourinyonun rəhbərliyi altında oynamaq niyyətində deyil. O, əvvəlki klubuna - "Yuventusa qayıtmaq istəyir.

"Marcanın iddiasına görə, Poqba bu istəyi ilə bağlı "Mançester Yunayted rəhbərliyinə xəbərdarlıq edib. Rəhbərliyə onun istəyini agenti Mino Rayola çatdırıb.