Türkiyənin "Ərzurumspor klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Unikal.org xəbər verir ki, yeni mövsümdən Super Liqada mübarizə aparmaq hüququ qazanan sözügedən klub almaniyalı hücumçu Lennart Tini transfer edib.

Almaniya Bundesliqasında mübarizə aparan "Verderdən alınan 26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

"Verderin yetirməsi olan Ti 2012-2016-cı illər aralığında "Sankt-Paulidə oynadıqdan sonra yenidən Bremen klubuna qayıdıb. Amma son iki mövsümdə o, yenə "Sankt-Pauli və "Venlo klublarına icarəyə verilib.