"Bavariya MLS-də çıxış edən "Vankuver Uaytkeps klubunun 17 yaşlı hücumçusu Alfonso Devislə anlaşıb.

Unikal.org xəbər verir ki, kanadalı futbolçu 2019-cu ilin yanvarından münhenlilərə qoşulacaq. "Bavariya onun transferi üçün 13 milyon dollar ödəyib. Bu da MLS-də rekord göstərici sayılır. "Vankuver əlavə olaraq 2 milyon dollar da bonus şəklində qazana bilər.

Alfonsonu PSJ də almaq istəyirdi. Paris klubu ona görə 16 milyon dollar vermək istəsə də, "Bavariya onu qabaqlayıb.

Hücumçu ötən mövsüm MLS-də keçirdiyi 20 oyunda 3 qol vurub, 6 qol ötürməsi edib.